İstənilən sülh müharibədən yaxşıdır

19 Sep


XIX əsrin sonlarında geosiyasət elminin banilərindən biri olan alman tətqiqatçısı Fridrix Ratsel bildirirdi ki, Cənubi Qafqaz regionu dünyanın maraqlarının qovuşduğu və toqquşduğu ən həssas bölgələrdən biridir.1 Continue reading

Advertisements

“İRƏLİ” valideyn qayğısından məhrum olan uşaqlarla bağlı flashmob həyata keçirmişdir

18 Sep

“İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxış” Beynəlxalq Təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyi De-institutlaşma və Uşaq Müdafiəsi İdarəsi 17 Sentyabr 2011-ci il tarixində saat 15:00-da Qız Qalasının qarşısında gənclərin ailə və valideyn qayğısından məhrum olmasına həssaslığını göstərmək məqsədilə “Ailəm olsa” adı altında flashmob aksiya həyata keçirmişdir. Aksiya zamanı müxtəlif plakatlar vasitəsilə yerdə “Ailəm olsa” mesajı yazılmış və eyni anda yüzdən çox iştirakçı tərəfindən “Ailəm olsa” şüarı səslənmişdir. Continue reading

Сегодня в Азербайджане День Национальной Музыки

18 Sep

Сегодня исполняется 126 лет выдающемуся азербайджанскому композитору Узеиру Гаджибекову. 

В честь этой даты в Азербайджане отмечается День Национальной Музыки. Инициатором впервые выступил маэстро Ниязи. После смерти У.Гаджибекова Ниязи каждый год отмечал эту дату. В 1995 году, в преддверии 110-летия У.Гаджибекова президентом Гейдаром Алиевым было подписано Распоряжение о праздновании Дня Национальной Музыки. Continue reading

Açıq havada ilk bloqqinq təlimim və təəsuratlarım.

17 Aug

Sözün düzü Qubada bir neçə dəfə olmuşam. Buranın gəzməli-görməli yerlərində istirahət etmişəm. Amma bu dəfəki səfərimizdə Qubanı özüm üçün bir daha kəşf etdim. Bu yerlərə səyahətdə Qubanın hələ mənə məlum olmayan çox qədim tarixi barədə məlumat aldım. İstər bir-birindən gözəl nümunələrin olduğu xalça muzeyi, istər kütləvi məzarlıq, istərsə də dostlarımın hər birinin ayrı-ayrılıqda verdiyi məlumatlar mənim Quba haqqında təsəvvürlərimin daha da zənginləşməsində böyük rol oynadı. Continue reading

Hərbi parad

28 Jun

   

This slideshow requires JavaScript.

Hər bir dövlətin Silahlı Qüvvələri onun müdafiəsinin göstəricisidir.Keçirilən Hərbi Paradlar isə Silahlı Qüvvələrin qüdrətini nümayiş etdirir.

1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Azərbaycan Milli ordusunun yaradılması haqqında fərman verdi.Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldugu kimi, Silahlı Qüvvələrimizi də Milli Ordunun varisi hesab etmək olar.Ona görə də  Ulu Öndərimizin fərmanı ilə hər il iyun ayının 26-ı  Silahlı Qüvvələrimizin yaradılmasının ildönümü kimi təntənəli şəkildə  qeyd olunur,bu münasibətlə  ölkəmizin paytaxtında möhtəşəm Hərbi Parad keçirilir. Hər il keçirilən Hərbi Parad zamanı biz Silahlı Qüvvələrimizin qüdrətinin ildən – ilə artmasının şahidi oluruq.Qəlbimiz iftixar hissi ilə vurur.Milli ordumuzun peşəkar hərbiçi kadrlarına,döyüş texnikasına malik olduğunu müşahidə etdikdə,həm qürur duyuruq, həm də Dövlətimizin,Vətənimizin, Millətimizin müdafiəsinin yüksək səviyyədə təmin olunduğuna inanırıq.